Ermənistanda növbədənkənar seçkilərə bir aydan az vaxt qalıb. Təkcə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan deyil, həm də müxalifət, o cümlədən “Qarabağ klanı” təbliğat kampaniyası aparır. Maraqlıdır, seçkilər nə ilə nəticələnəcək?
Politoloq Əhməd Əlili proqnozlarını “Sherg.az”la bölüşdü:
“Əlbəttə, Paşinyanın şansı daha çoxdur. Amma məlum olduğu kimi, Ermənistanda parlament seçkilərində bloklar iştirak edir. Ola bilsin, Paşinyanın bloku qalib gəlsə belə, onun blokundan başqa bir siyasətçi baş nazir seçiləcək. Xüsusilə Ararat Mirzəyan üçün bu cür ehtimal var. Hər halda kimin qalib gəlməyindən asılı olmayaraq, Ermənistanda siyasi xaos hələ uzun müddət davam edəcək”.