Barışa imkan verilmir!- “Erməni diasporu aranı qarışdırır”

“Dünya bizi Ermənistanla barışdırmağa çalışsa da, bu, mümkün olmayacaq”.
Bu sözləri “Sherg.az”a açıqlamasında diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk söyləyib.
Ekspertin fikrincə, normal münasibət qursaq belə, xaricdəki erməni diasporu aranı qarışdırmağa çalışacaq:
“Onlara Azərbaycan və Türkiyəyə qarşı nifrəti olan güclər istiqamət verirlər. Üstəlik daxillərində bizə qarşı nifrət hisləri ilə yaşayırlar. Beyinsizlərə qətiyyən inanmaq olmaz. Dünən Fransada Nikol Paşinyana qarşı erməni diasporunun aksiyası onların nə qədər xəstə millət olduğunu göstərdi. Əslində 100 ildən çoxdur ki, bu təfəkkürsüzlərin beyinlərini zəhərləyiblər. Erməni diasporu başa düşmək istəmir ki, Qarabağ  daim Azərbaycanın olub və olacaq. Azərbaycan 1990-ci illərə qayıdan deyil. Yəni Qarabağı yuxularında görə bilərlər. Onu da görə bilsələr...”.