Baş prokuror Rusiyaya gedib:“Mina xəritələrinin verilməsi...”

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Baş Prokurorluğu, Avropa Şurası və Beynəlxalq Prokurorlar Assosiasiyasının birgə təşkilatçılığı ilə 7-8 iyul tarixlərində keçiriləcək Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak məqsədilə Rusiya Federasiyasının Sankt- Peterburq şəhərinə səfərə gedib. 
“Avropa İnsan Hüquqları Konvensiyanın tələbləri kontekstində fərdi hüquqlar və ictimai maraqların qorunmasında prokurorluğun rolu” mövzusunda keçirilən konfrans çərçivəsində  bir sıra xarici dövlətlərin baş prokurorları və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. Səfərdə Kamran Əliyevin Qarabağla bağlı hansı məsələləri qaldıracağı geniş müzakirə edilir. 



 Politoloq Sədrəddin Soltan bu barədə “Sherg.az”a danışdı. Onun sözlərinə görə, minalı ərazilərin xəritəsi rəsmi Bakıya təhvil verilməlidir: 

“Düşmən minalı ərazilərinn xəritəsini istənilən ölkədəki səfirliyimizə verə bilər. Sadəcə istək lazındır. Azərbaycan erməni terrorçularının bir çoxunu geri qaytarıb. İndi məsul beynəlxalq qurumlar və ölkələr İrəvanın vədini yerinə yetirməsinə nəzarət etməlidirlər.

Əks halda onlara olan etibar azalacaq. Fikrimcə, xəritələrin baş prokurorluğumuza verilməsinin vaxtı çatıb”.