“...Rusiyanın orbitində olacağıq. Moskvanın istədiyi də elə budur”
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bizim kifayət qədər uzaq durmalı olduğumuz qurumdur...”.
Bu sözləri siyasi analitik Turab Rzayev deyib.
Siyasi analitik Rusif Məmmədsoy “Sherg.az”a açıqlamasında Turab Rzayevin fikirlərinə münasibət bildirib:
“Hazırkı vəziyyətdə bizim KTMT-nin tamhüquqlu üzv olmağımız mümkün deyil. Ümumiyyətlə, Ermənistanla birlikdə hansısa qurumda təmsil olunmağımız üçün əvvəlcə tərəflər arasında problem, o cümlədən sərhəd məsələləri həllini tapmalıdır, münasibətlər tənzimlənməlidir. Hələlik biz sadəcə müşahidəçi qismində KTMT-yə qoşula bilərik. Gələcəkdə isə təşkilatın üzvü olmaqdan mümkün qədər yayınmalıyıq. Əks halda Rusiyanın orbitində olacağıq. Moskvanın istədiyi də elə budur”.