“Ölkəmizin nə vaxtsa KTMT-nin tamhüquqlu üzvü olacağını istisna edirəm. Bu, yalnız müşahidəçi qismində ola bilər”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Azərbaycanın KTMT-yə qoşulması iddiaları barədə danışan siyasi analitik Turab Rzayev deyib.
O, həmçinin alternativ variantı göstərib:
“Fikrimcə, bölgənin gələcəyi Azərbaycan- Türkiyə və Pakistan əməkdaşlığından asılıdır. Şuşa Bəyannaməsinə görə rəsmi Bakının Ankara əleyhinə hansısa təşkilata qoşulması mümkün deyil. Bunun əvəzinə üç ölkə fərqli formatda çıxış edə bilər. Hətta bu ölkələrin Rusiya ilə qarşılıqlı əməkdaşlıq yolunu tapacağı da mümkündür. Deməli, dörd ölkə əməkdaşlıq edib, regiondakı təhlükəsizliyi birgə qoruya bilərlər. Onu da deyim ki, Azərbaycanın KTMT-yə müşahidəçi qismində qoşulması mövqeyimizə və münasibətlərimizə təsir etməyəcək”.