Britaniya Aİ-dən çıxması səbəbindən Brüsselə ödəyəcəyi təzminatın məbləği ilə razılaşmır.
TASS xəbər verir ki, bu barədə Birləşmiş Kralığın Baş naziri Boris Consonun dəftərxanasından məlumat verilib.
Bildirilib ki, İttifaq ekspertlərinin hesablamaları yanlışdır və burada Aİ-nin Britaniyaya qaytarmalı olduğu vəsait nəzərə alınmayıb.
Qeyd olunub ki, Britaniya tərəfinin hesablamalarına görə, Aİ-yə ödəniləcək təzminatın məbləği 40-45 milyard avro arasında olmalıdır.
Xatırladaq ki, Britaniya 1 fevral 2020-ci ildə Aİ-nin tərkibindən çıxıb.