Artıq Rusiya Azərbaycanla hesablaşır

Və Azərbaycan mütləq şəkildə Ermənistana ciddi təzyiqlər edib, üçtərəfli razılaşmaların yerinə yetirilməsinə nail olmalıdır

Ermənistan uğrunda Avropa İttifaqı və Fransa Rusiya ilə mübarizədə yeni mərhələyə keçib


Paşinyanın Rusiyanın mövqeyini zəiflətmək istiqamətində atdığı addımlardan biri də üçtərəfli bəyanatlardan yayınaraq Avropa İttifaqı və Fransanın təhriki ilə yeni bir siyasi mərhələ başlatmaqdır. Bu prosesə ABŞ da dəstək verir”. Bunu Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Fransa ABŞ-da Türkiyənin regionda planlaşdırdığı "Altılıq" platformanın qarşısını almaqdadır:

“Məhz Ermənistan rəhbərliyi bununla Zəngəzur dəhlizinin açılmasından yayınmağa və Qarabağa status əldə etmək üçün danışıqlar prosesinə başlamağa çalışır. Rusiya da idarə olunan bir münaqişə yaratmaqla Azərbaycan-Ermənistan arasında sülhün əldə edilməməsi prosesində maraqlıdır. Amma Rusiya Fransa qoşunlarının Ermənistana göndərilməsində maraqlı deyil. Paşinyan Fransa ordusunun Ermənistanla Azərbaycan dövlətinə dəvət etməkdə əsas məqsədinin Azərbaycanla böhrana görə etdiyini qeyd etsə də, bu, Rusiyaya qarşı yönəlmiş bir addımdır. Bununla da məqsədi Rusiyanın hərbçilərini ölkəsindən çıxarmaqla Qərbin dayaqlarını Ermənistanda möhkəmlətməkdir. Ermənistan uğrunda Avropa İttifaqı və Fransa Rusiya ilə mübarizədə yeni mərhələyə keçib. Məhz bu proseslər davam etdikcə, Ermənistan üçtərəfli razılaşmalara getməyəcək. Fransa və Avropa İttifaqı Ermənistanın təklifləri ilə Azərbaycana təzyiq etmələri fonunda Qərbin hazırkı siyasəti uğurlu olmayacaq. Əgər Fransa və Avropa İttifaqı üçtərəfli razılaşmalara dəstək verəcəklərsə, Ermənistanın siyasəti uğurlu ola bilər. Hazırda isə buna gedilmir".

Politoloq qeyd edib ki, ümumi porses gərgin olaraq qalır:

"Və Azərbaycan mütləq şəkildə Ermənistana ciddi təzyiqlər edib, üçtərəfli razılaşmaların yerinə yetirilməsinə nail olmalıdır. Bu siyasi gedişatda müəyyən qədər Rusiya da Azərbaycanla hesablaşır”.