Proqnoz:“Ermənistan boşalacaq və...”

“Ermənistana dövlət bəxş etmiş Rusiya öz qərarlarına yenidən baxmalıdırlar.
Keçən əsrin əvvəllərindəki tarixi şərait erməni dövlətini olmayan yerdən var etdi”. 
Bu sözləri BAXCP sədrinin müşaviri, politoq Azər Qasımov deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı: 

“Bir əsr keçdikdən sonra bu addımın özünü doğrultmadığını görən Rusiya atılacaq addımlarla bu səhvlərini düzəltməlidir. Erməni cəmiyyəti Cənubi Qafqazda hamıya baş ağrısı, problem olub. Erməni cəmiyyəti bu regiona xas olmadığı üçün buraya uyğunlaşa bilmir. Buranın yerli xalqları ilə normal münasibət qura bilmir, ancaq regionun istər təhlükəsizlik, istərsə də mənəvi və mədəni sferasını təhlükə altına qoyur.

Hesab edirəm ki, erməni cəmiyyəti bu regiondan çıxarılmalıdır. Necə? Erməni cəmiyyətini qorxu və təhlükə altında, hərtərəfli blokada vəziyyətində saxlamaqla. Bu vaxt ermənilər "dövlətlərini" tədricən tərk edib, ən çox uyğunlaşdıqları Qərbə üz tutacaqlar. Getmək istəyənləri müxtəlif yollarla təmin etmək lazımdır ki, getməyə imkanları olsun. Ermənistan boşalacaq və ətraf ölkələr burdakı öz torpaqlarına sahib çıxacaqlar.  Rusiya hesab etsə ki, Türkiyə və Azərbaycandan ona təhlükə gəlməyəcək, buna rahatlıqla gedər. Fikrimcə, dövlət başçılarımızın bu məsələni götür-qoy etmələrində fayda var”.