“Rəsmi Bakı KTMT-nin işə qarışmasının əleyhinə çıxmalıdır”

“Dövlət sərhədi ilə bağlı məsələlər Azərbaycanın istədiyi şərtlər daxilində həll edilməlidir”

“Ermənistan isə Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanımalıdır”

Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədləri boyunca yerləşdirilməsini təklif edib. Bu barədə TASS xəbər yayıb.

Bildirilir ki, Paşinyan Azərbaycanla sərhəd boyu KTMT müşahidəçilərinin və Rusiya sərhədçilərinin xidmət edəcəyi məntəqələrin yerləşdirilməsini istəyir.

Mövzu barədə “Sherg.az”a danışan AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli qeyd edib ki, Paşinyanın bu təklifi təbiidir:

“Çünki Ermənistan artıq dövlət olaraq Azərbaycanın qarşısında dura bilmir. Ancaq ölkəmizə qarşı məkrli planlarından da əl çəkmək istəmirlər.



Ona görə də prosesə KTMT-ni və Rusiyanı qoşmaqla Qarabağda münaqişənin həll edilməsini istəmirlər, həmçinin dövlət sərhədlərini qorumaq istəyirlər.

Təbii ki, dövlətimiz buna imkan verməməlidir və KTMT-nin qətiyyən bu işə qarışmasının əleyhinə çıxmalıdır.

Dövlət sərhədi ilə bağlı məsələlər Azərbaycanın istədiyi şərtlər daxilində həll edilməlidir. Ermənistan isə Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanımalıdır.

Bundan sonra Ermənistan kimi dəvət etmək istəsə də, Azərbaycan öz şərtlərinin qəbul edilməsinə nail olmadan hansısa müşahidəçi və məşvərətçiləri yaxına buraxmayacaq”.