“Azərbaycanla Ermənistan arasında yükun sülh müqaviləsi yaxın gələcək üçün gözlənilmir”.
Bu sözləri “Sherg.az”a millət vəkili, politoloq Rasim Musabəyov deyib.
O, həmçinin hazırkı durumu şərh edib:
“Biz təklifimizi etmiş, sülhdən yana olduğumuzu göstərmişik. Ermənistan bunu istəmirsə, məsuliyyəti də özü daşıyır. Bizə İrəvanın nəyisə lazım deyil. İki məsələnin həlli vacibdir. Bunlar Naxçıvana quru yolun açılması və sərhədlərin müəyyənləşməsidir.
Fikrimcə, düşmənin bunlardan boyun qaçırmaq imkanı olmayacaq”.