"Minsk Qrupunun sərhəd məsələsinə münasibət bildirməsi təəccüblür”.
“Sherg.az” xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib.
Ekspert bildirib ki, həmsədr ölkələr münaqişə bitsə də, bu institut üzərindən bölgədəki maraqlarını həyata keçirməyə çalışırlar:
"Onlar sərhəd gərginliyini yeni fürsət olaraq görürlər. Burada iki əhəmiyyətli məqam var. Birincisi, sərhəd gərginliyindən sonra Qarabağ məsələsinin arxa plana keçməsi, “fəaliyyət” göstərməkdə israr edən həmsədrlik institutunun da gündəminin dəyişməsidir. İkincisi, Minsk Qrupunun Qarabağdakı reallığı qəbul etməyə məcbur olmasıdır.
Rəsmi Bakı Minsk qrupuna artıq ehtiyac olmadığını, fəaliyyət göstərmək istəyirsə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verə biləcəyini bəyan edib. May ayında sərhəddə başlanan gərginlikdən sonra Minsk qrupu fəaliyyətini bu istiqamətə yönləndirir. Bu, Bakının postmünaqişə strategiyasına uyğundur”.
Analitik bildirib ki, diqqətçəkən məqamlardan biri də Rusiyanın Minsk qrupundakı həmsədrini dəyişməsidir:
“İqor Popovu İqor Kovayev əvəzlədi. Bu əvəzləmə Rusiyanın Minsk qrupuna münasibətinin də dəyişməsi kimi qəbul edilə bilər. Çünki ABŞ və Fransa həmsədrlərini mütəmadi dəyişsə də, Popov 2010-cu ildən bu postda idi və münaqişənin həllindən sonra dəyişdirildi. Moskva münaqişənin bitdiyi və Minsk qrupunun fəaliyyətinin humanitar, ikitərəfli münasibətlərin düzəldilməsi kimi məsələlərlə məhdudlaşdırılması mövqeyini bölüşür. Yeni rusiyalı həmsədrin fəaliyyəti də Minsk qrupunu bu istiqamətdə yönləndirmək ola bilər”.