Səfir: "ABŞ-la Rusiya arasında danışıqlar bu həftə davam etdiriləcək"

İsveçrənin Cenevrə şəhərində ABŞ-Rusiya arasında strateji sabitlik üzrə danışıqların yeni raundu keçiriləcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiyadakı Amerika Ticarət Palatasının (AmCham) işgüzar və sərmayəyə dair illik 21-ci konfransında bildirib.
“ABŞ və Rusiya arasında müxtəlif istiqamətlər - strateji sabitlik, eləcə də kibertəhlükəsizlik sahəsinə dair başlayan danışıqlar bu həftə davam edəcək”, - diplomat vurğulayıb.