Ərdoğanın Ukrayna səfəri: Hərbi donanma yaradılır? – ŞƏRH 

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. Bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, Vladimir Zelenski Ukrayna-Türkiyə münasibətlərinin strateji xarakterini və siyasi, iqtisadi-ticarət, hərbi-texniki və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Səfəri “Sherg.az”a şərh edən politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki,  Türkiyə Ukraynanın hərbi dəniz donanmasının müdafiə nazirinin balansında olan ordu birləşmələrini müasir silahlarla təchiz edir:

“Qara dənizdə yeni hərbi və siyasi nizam formalaşdırıldı. Türkiyə ilə Ukrayna bu istiqamətdə sıx əməkdaşlıq edirlər. Bir neçə ay əvvəl Vladimir Zelenskinin Türkiyəyə səfəri çərçivəsində tərəflər arasında yeni müqavilələr imzalanıb. Və bu görüş də siyasi, iqtisadi və hərbi texniki əməkdaşlıq baxımından səciyyəvidir. Türkiyə Rusiyaya qarşı mövqelərini gücləndirməyə çalışır. Ukrayna da bu istiqamətdə Türkiyəni dəstəkləyir”.

Politoloq onu da əlavə edib ki, Türkiyə Ukraynanın dəniz limanlarında hərbi donanmasını yaratmaq niyyətindədir və bu istisna deyil:

“Türkiyə çalışır ki, öz gəmilərini Ukrayna sahilində lövbər salsın.Görüşdə Krım məsələsi müzakirə olunacaq. Puaların, yeni silahların istehsalı ilə bağlı birgə qərarlar verilə və burada zavodlar tikilə bilər”.

Sücayət Mehti