Qarabağ erməniləri dovşan kimi qaçıb

Ölən və itkin düşənlərin 80 faizi Ermənistandan gətirilmiş hərbi qulluqçulardır


“Ermənistanda Qarabağ erməniləri ilə İrəvan erməniləri arasında çatlar dərinləşir”. Bunu “Şərq”ə siyasi şərhçi Tural İsmayılov deyib. Ekspert bildirib ki, rəsmi məlumatlara görə, müharibədə həlak olan və itkin düşən 4050 erməni hərbçisindən 82 faizinin Ermənistandan olması ciddi narazılıq doğurub: 

“Ölkə sakinləri hərbi əməliyyatların episentrində yerləşən Qarabağ ermənilərindən yalnız 747 hərbçinin ölməsini onların ordudan dovşan kimi qaçması ilə əlaqələndirirlər. Qarabağ separatçılarının Yerevandakı nümayəndəsi Sergey Kazaryan 44 günlük döyüşlər zamanı Qarabağdan olan 747 erməni hərbçinin öldüyünü bildirib. Ermənistanın rəsmi məlumatına əsasən, Qarabağ müharibəsində ölən və itkin düşən 4012 hərbçidən 3265 nəfəri Ermənistandan gətirilmiş hərbi qulluqçulardır. Qeyri-rəsmi itkilər isə on minlərlədir”.