"Sülh müqaviləsi imzalanmazsa, Rusiyanın..."-AKTUAL

"Ermənistanın eks prezidenti Robert Koçayan artıq Prezidentlərin noyabr görüşünün baş tutmaması üçün, mitinqlərə start verəcəyini bildirib".

"Sherg.az"ın xəbərinə görə, bunu beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli yazıb. 

Siyasi şərhçi qeyd edib ki, maraqlı məqam ondan ibarətdir ki, noyabr ayının ilk 10 günlüyündə dövlət rəhbərlərinin Moskva görüşü gözlənilir: 

"Erməni tərəfinin iddiasına görə, sülh müqaviləsi imzalanacaq. Yəni Paşinyanın Ermənistanı "satması" rəsmiləşdiriləcək.
Şübhəsiz ki, eyni cəbhədə həm diaspora, həm müxalifət birləşib, onlar da hakimiyyəti dəyişmək üçün bundan istifadə etməyi hədəfləyirlər.
Bəs Rusiya nə düşünür?
10 noyabr razılaşmasının əsas məsuliyyətlisi və öhdəliklər daşıyan tərəfi Rusiyadır və bu bölgədə Rusiyanın nüfuzlu ilə Putinin şəxsi imicinin məsələsinə çevrilib.
Yəni sülh müqaviləsi imzalanmazsa, Rusiyanın bölgədə əldə etdiyi üstünlüklər itirilər. Həmçinin, bölgədə digər güc mərkəzləri üstünlük ələ keçirə bilər".