"Azərbaycan və Ermənistan arasında iki yeni sənəd imzalaması gözlənilir"

"Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənəd imzalaması gözlənilir".

"Sherg.az" xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev deyib. 

Ekspert bildirib ki, birinci sənəd 1920-ci illərdə Sovet İttifaqı Müdafiə Nazirliyinin Baş Qərargahının xəritələrini əsas qəbul edərək İrəvan və Bakının bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacağı Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiya və delimitasiyasına aiddir: 

"Vladimir Putinin bu xəritələr haqqında dedikləri təsadüfi deyildi. Azərbaycan, Rusiya və Ermənistan arasında Baş nazirlərin müavinləri səviyyəsində keçirilmiş son görüşdə son razılıq əldə olunub. İkinci sənəd regionda kommunikasiyaların blokadadan çıxarılmasına, xüsusən də yol-dəhlizlərin, eləcə də Azərbaycanla Naxçıvan arasında kommunikasiyanın təsdiq edilməsinin detallarına aiddir. 9 noyabr xüsusi olaraq seçilib".