Ərdoğan: “Makronla Cənubi Qafqaz mövzusunda müzakirələr apardıq ”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla görüşündə Cənubi Qafqazdakı atılan addımlarla bağlı müzakirə apardıqlarını deyib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammitindən sonra mətbuata açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
R.T.Ərdoğan deyib ki, görüş zamanı Yunanıstan, Əfqanıstan, Liviya, Suriya mövzusunda da Fransa prezidenti ilə müzakirə aparıblar.