"Artıq bütün vətəndaşların cəriməsi var"

Fazil Mustafa BNA-nın fəaliyyətini tənqid edib

“Bakı Nəqliyyat Agentliyinin cərimələrinin həddi-hesabı yoxdur”. Bu barədə millət vəkili Fazil Mustafa deyib. Deputat bildirib ki, bir sıra məsələlərdə vətəndaşın vəziyyəti nəzərə alınaraq, addımlar atılmalıdır:

“Rüsumlar və cərimələrin miqdarı kəskin formada artmaqdadır. Artıq bütün vətəndaşların cəriməsi var. Bu, yol infrastrukturunun düzgün qurulmamasının problemidir, cəriməsini isə vətəndaş ödəyir”. 

F.Mustafa əlavə edib ki, binaların istiliklə təchizatı da bərbad vəziyyətdədir: 

“Köhnə binaların zirzəmiləri qrunt suları ilə dolub aşır, onu təmizləmirlər. Müddəti bitmiş proqramlara dövlət büdcəsindən vəsait ayrılmamalıdır. Müddət qurtarıbsa, həmin layihələr maliyyələşmədən məhrum edilməlidir”.