Çavuşoğlu: "Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək"


"İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Türkmənistana veriləcək".

“Report”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter səhifəsində yazıb.

"İƏT Asiya və Avropa arasında körpü olmalıdır. İslamabad-Tehran-İstanbul nəqliyyat dəhlizi buna yaxşı örnəkdir. Zəngəzur dəhlizi isə regionun iqtisadi inkişafına töhfə verəcək", - nazir vurğulayıb.