Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər - FOTO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş olub.

Bu barədə Türkiyə XİN rəhbəri M.Çavuşoğlu “Twitter” səhifəsində paylaşım edib.

“Görüşdə bölgəmizdəki son prosesləri müzakirə etdik. Birlikdə çalışmağa davam edəcəyik", - deyə türkiyəli nazir vurğulayıb.