“Qərbin Azərbaycan-Ermənistan arasındakı danışıqlara alternativ model qoymaq cəhdləri əvvəldən müşahidə edilirdi. Bu modelin mahiyyəti bu idi ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyan təkbətək görüşsün, dəfələrlə dövriyyəyə də məlumatlar sızdırılmışdı ki, Əliyevlə Paşinyan təkbətək görüşə bilər.
Qərb buna nail olur, belə ki, İlham Əliyevin dekabrın 15-də Nikol Paşinyanla üçtərəfli görüşdən sonra heç bir vasitəçi olmadan, təkbətək görüşü gözlənilir”.
Bu barədə “Sherg.az”a siaysi şərhçi Aqşin Kərimov bildirib. O qeyd edib ki, bu, Avropa İttifaqı tərəfindən Rusiyanın sülh danışıqlarındakı təşəbbüslərinə alternativin ortaya qoyulmasıdır:
“Bəs nəticə nə olacaq? Düzü, Brüssel görüşündən birbaşa nəticələr hasil edən danışıqların olması gözlənilmir. Bununla belə, Əliyev-Paşinyan görüşünün təkbətək platformaya daşınması liderlər arasında interaktivlik baxımından önəmlidir. Onsuz da, görüş bu formatda olmasa belə, Azərbaycan istədiyinə nail olacaq, ancaq biri var ağrısız nail olmaq, biri də var ki, problemli şərtlər altında nail olmaq.
Rusiyanın isə diplomatik kanallarla təkbətək görüşə mane olmaq cəhdləri mümkündür.