İsveç NATO-ya üzv olacaq?


Ukrayna ətrafındakı vəziyyət İsveçin NATO-ya daxil olması ilə bağlı mövqeyinə təsir etməyib, ölkə alyansa qoşulmağa can atmır.

Bu barədə İsveçin dövlət katibi Karin Valensten bildirib.

O həmçinin əlavə edib ki, bununla belə, Stokholm hələ də bu blokla əməkdaşlığa diqqət yetirir.

“Belə bir vəziyyətdə sabitlik həmişəkindən daha vacibdir... Bizim təhlükəsizlik siyasətimiz müəyyən edilib... Biz yaxşı, güclü NATO tərəfdaşı olmaq istəyirik, lakin təşkilata qoşulmaq niyyətində deyilik”.

Mənbə: Politico