Çavuşoğlu: "Rusiya-Ukrayna böhranında təşviş içərisində deyilik"

"Rusiya-Ukrayna böhranında təşviş içərisində deyilik".
"Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Rusiya-Ukrayna böhranı ilə bağlı lazımi addımları atdıq. Münaqişə halında Ukraynadan təxliyə planımız hazırdır. Türkiyə münaqişə tərəfdarı deyil, bizim mövqeyimiz gərginliyin sona çatması üçündür”, - Çavuşoğlu qeyd edib.