Bayden və  Zelenski arasında telefon danışığı olub

ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski arasında telefon danışığı olub.

Sherg.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, danışıqlar təxminən bir saata yaxın davam edib.

“Danışıqlarda Prezident Co Bayden ABŞ-ın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə sadiqliyini bir daha ifadə edib”, - deyə Ağ Evin bəyanatında bildirilir.