Böyük Britaniya XİN başçısı:“Moskva qoşunlarını Ukrayna sərhədindən çıxarmalı...”

Rusiyanın hər yerində genişmiqyaslı təlimlər davam edərkən, Cənub və Qərb hərbi bölgələrinin bəzi bölmələri təlimlərini başa vuraraq öz bazalarına qayıtmağa başlayıblar.
"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, bu vəziyyət ABŞ və Böyük Britaniyanın Rusiyanın hər an Ukraynanı işğal etməyə hazır ola biləcəyi ilə bağlı iddialarına ziddir. Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Moskvanın işğal planlaşdırmadığına inandırmaq üçün qoşunlarını Ukrayna sərhədindən tamamilə çıxarmalı olduğunu bildirib. Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi videogörüntülərdə bəzi tankların və digər zirehli texnikanın dəmiryol vaqonlarına yükləndiyi əks olunub.

Cəmilə ƏZİM