Peskov:"Hələlik hansısa sənədin imzalanması ilə bağlı söhbət yoxdur”

Kremlin sözçüsü Dmitri Peskov bu gün jurnalistlərlə görüşüb.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, sözçü danışıqların ikinci raundundan bəhs edib:
"Dünən ikinci raund baş tutub. İndi hər şey bu danışıqlardan asılı idi.  Nümayəndə heyətləri mövqelərini lazımsız vasitəçilər olmadan bir-birinə izah etmək imkanı əldə edib. Bizim məqsədlərimiz  Ukrayna tərəfinin diqqətinə çatdırılıb".

D.Peskov tərəflərin hər hansı ali səviyyəli saziş imzalaması ehtimalı ilə bağlı suala cavab verib:

"Hələlik hər hansı bir sənədin imzalanması ilə bağlı söhbət yoxdur. Baş verən danışıqlar mövcud problemə baxışımızı açıq şəkildə çatdırmaq üçün yaxşı fürsət idi".

Cəmilə ƏZİM