ABŞ xarici işlər nazirinin müavini Türkiyəyə səfər edəcək


ABŞ-ın xarici işlər nazirinin birinci müavini Uendi Şerman 4-5 mart tarixlərində Türkiyəyə səfər edəcək.

Bu barədə "Report"un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Səfər çərçivəsində amerikalı diplomatla Türkiyənin XİN başçısının müavini Sedat Önal arasında görüş keçiriləcək.

Görüş zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, NATO-nun gələcək perspektivdə fəaliyyət planı, regional və qlobal əhəmiyyətli mövzular müzakirə olunacaq.