Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında təkbətək görüş başlayıb

Bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunu qarşılayıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici işlər Nazirliyi məlumat yayıb.

Daha sonra tərəflər arasında təkbətək görüş başlayıb.

Qeyd edək ki, nazirlərin regional məsələləri, həmçinin Ukrayna ətrafındakı durumu müzakirə edəcəkləri gözlənilir.