Bayramov-Çavuşoğlu Zəngəzur dəhlizini müzakirə edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə Cənubi Qafqazdakı yeni reallıqlar müzakirə edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, regional kommunikasiyaların açılması (Zəngəzur dəhlizi), eləcə də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə predmeti olub.

Nazir qeyd edib ki, yaxın zamanlarda Türkiyə ilə yeni görüşlər keçiriləcək və bu istiqamətdə yol xəritəsi cızılıb.