Peskov:“Qərbin addımlarına “təcrid” deməməliyik”

Kreml sözçüsü Dmitri Peskov dünya ölkələrinin bir qisminin Rusiya ilə iqtisadi əlaqələri kəsməsinə münasibət bildirib. Bu barədə "Sherg.az" "Sputnik Türkiyə"yə istinadən xəbər verir. Peskov Avropa ölkələri ilə birlikdə ABŞ, Kanada, Yaponiya və bəzi digər ölkələrin iqtisadi əlaqələri dayandırmağa meyilli olduğunu qeyd edib:

“Dünya Avropa və ABŞ-ın hər hansı bir ölkəni, xüsusən də Rusiya qədər böyük bir ölkəni təcrid edə bilməyəcəyi qədər böyükdür. Bu səbəbdən Qərbin atdığı addımlara “təcrid” deməməliyik”.

Xanlar ƏLİBƏY