Ermənistanda aksiyaçılara divan tutulur: “Demokratiya çarçıları”nın isə səsi belə çıxmır

“Təxminən bir aydır ki, Ermənistanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt İrəvanda etiraz aksiyaları və bu aksiyalara münasibətdə adekvat olmayan polis zorakılığı davam edir”. 

“Sherg.az”ın xəbərinə görə, bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib. 

Analitik bildirib ki, nəinki aksiya iştirakçıları, hətta təsadüfən aksiyaların keçirildiyi ərazilərin yaxınlığından keçənlər, siyasətçilər, media mənsubları həbs olunurlar: 

“Klassik “demokratiya çarçıları”nın, “hüquq müdafiəçiləri”nin isə səsi belə çıxmır. ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Ermənistan mediasına açıqlamasında Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin “öz müqəddəratını təyin etmə hüququ”ndan danışır. Amma Ermənistanda, elə gözünün önündəcə baş verən kütləvi hüquq pozuntusuna münasibət belə bildirmir. Azərbaycanda baş verən istənilən kriminal hadisə ətrafında ajiotaj yaradan, ən kiçik olayı belə “insan hüquq və azadlıqlarının kütləvi surət pozulması” kimi qələmə verən beynəlxalq təşkilatlar da “göyçək ağızlarına” su alıb susurlar. Əgər imkanları olsa, Ermənistanda baş verən kütləvi həbsləri, zorakılıqları “insan hüquqularının qorunmasının nümunəsi” kimi təqdim edərlər. Aksiyaları xüsusi amansızlıqla dağıdan hüquq-mühafizə orqanlarının əməkdaşlarına isə “sülh göyərçini” mükafatı da verərlər”.