Ərdoğan Kılıçdaroğluna 10 sual ünvanladı

"Əgər o bu suallara aydın cavab versə, ona münasibətimizi yenidən nəzərdən keçirəcəyik"


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxış edib. Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının Van şəhərindəki çıxışına və “Pence kilit” əməliyyatını tənqid etməsinə cavab verib. 
“Şərq” qəzeti Türkiyə məbuatına istinadən xəbər verir ki, Ərdoğan bildirib ki, CHP sədri öz bələdiyyələrində baş verən korrupsiya əməliyyatlarını bələdiyyələrin fəaliyyətinin qarşısının alınması cəhdi kimi təqdim edir: “Deyirsiniz ki, podratçıların pulunu verməyəcəyik. Dövlətdə davamlılıq var, ödəməlisiniz. Bu adamın terroru müdafiə edən S.Dəmirtaşdan tutmuş Osman Kavalaya kimi ölkə və millət düşməni olan terrorçuları müdafiə etməkdən başqa bir işi varmı? Aidiyyəti qurumlar tərəfindən yalan olduğu sübuta yetirilən olayları sanki birinci dəfə eşidirmiş kimi təkrarlamaq şəxsiyyətli adamın işi deyil. Kılıçdaroğlu böhtanlarla kimə xidmət edir? 


Ərdoğan Kılıçdaroğluna suallar ünvanlayıb. Prezident bildirib ki, əgər Kılıçdaroğlu suallara doğru-düzgün cavab verərsə, onu ciddiyə alacaq: “Əgər Kılıçdaroğlu bu suallara aydın cavab versə, ona münasibətimizi yenidən nəzərdən keçirəcəyik. 
1. PKK-dan YPG-yə qədər separatçı terror təşkilatının bütün ünsürlərini siyasi uzantıları ilə birlikdə ən sərt şəkildə qınayır, yoxsa yox? 
2. Türkiyənin PKK və YPG-yə qarşı sərhədyanı əməliyyatlarına dəstək verirmi?
3. NATO üzvü müzakirələrində öz dövlətinizin siyasətinin tərəfini tutursunuzmu?
4. Türkiyənin Aralıq dənizi və Egeydəki milli mübarizəsində ölkəsinin yanındadırmı?
5. Dünya böhranının iqtisadi ölçüsünün ölkəmizə təsirlərinə qarşı apardığımız mübarizəyə prinsipial səviyyədə dəstək verirmi?
6. Məhkəmə qərarları ilə yalan olduğu sübuta yetirilən iddiaları bir kənara qoyub ölkənin böyük maraqları üzərində siyasət yürütməyin bir yolu varmı?
7. Siyasi strategiyalarını öz partiyasının üzvləri ilə müəyyən etməyə meyilli olacaq, yoxsa yox?
8. Bu torpağın bütün rəmzləri olan bir dövlətin övladı kimi çıxış etməyi qəbul edirmi?
9. Partiyasındakı terror təşkilatlarının bütün tərəfdarları təcavüzçünü ləğv etmək niyyətindədirmi?
10. 2023-cü ildə prezidentliyə namizəd olmaq üçün ürəyi çatacaq, yoxsa yox?