Brüssel görüşü ən ideal variant olaraq  qalır  - Politoloq


Ermənistan parlamenti iyunun 9-da növbədənkənar iclas keçirəcək. Hakim partiyanın çağırdığı  iclasın gündəliyində iki məsələ var: “Ermənistan Respublikasının ərazi-inzibati quruluşu haqqında” və “Ərazi idarəetmə haqqında” qanunlara düzəliş". 

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Ermənistan konustitusiyasında Azərbaycana qarşı ərazi iddiaları əks olunub.

Analitik qeyd edib ki, Ermənistan hakimiyyəti ilkin olaraq qanunlara dəyişiklik edəcək: 

"Ermənistan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesində anklav kəndlər Azərbaycana verilməlidir. Qeyd edim ki, Ermənistan parlamentinin sədri və digər rəsmilər "Qarabağın Azərbaycan tərkibində olmamalıdır" açıqlamasını verməkdən çəkiniblər. Moskvada baş nazirlərin müavinləri səviyyəsində işçi qrupunun iclası keçirilib. Burada da hər hansı irəliləyiş əldə edilməyib. Brüssel görüşü yalniz ən ideal variant olaraq Bakı və İrəvan arasında sülhün əldə edilməsi istiqamətində platforma olaraq qalır. Ölkə rəhbəri İlham Əliyevin bu istiqamətdə siyasəti uğurlu məntiqlə davam edir".