Əliyev-Tatar görüşü! – “Kiprin müstəqilliyinin tanınması siyasi ədəbiyyatda...” - AKTUAL



“Bu, maraqlı görüşdür. Aralıq dənizi və Türkiyənin buradakı milli maraqlarının müdafiəsi baxımından görünür, qardaş ölkənin Yaxın Şərq siyasətində Kipr amili ön plana çıxacaq”.
Bu fikirləri beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Prezident İlham Əliyevin Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul etməsini “Sherg.az”a şərh edərkən deyib. Ekspert bildirib ki, əgər Şimali Kipr Türk Respublikasının rəhbəri ilə görüş reallaşdırılırsa, təbii ki, iqtisadi, ticari maraqlar var:

“Amma burada bölgə üzərində təsir imkanlarına malik Britaniya da var. Son günlər baş verən hadisələri də ümumi nəzərdə saxlasaq, maraqlı gedişə oxşayır. Azərbaycanın Şimali Kipr Respublikası ilə münasibətləri, Kiprin müstəqilliyinin tanınması və ya Kiprin Türkiyə Cümhuriyyətinə birləşdirilməsi kimi məsələlər də siyasi ədəbiyyatda tez-tez səslənir. Görünür ki, bu mənada qarşı tərəf və qardaş Türkiyə Azərbaycanın da mövqeyini öyrənmək istəyirlər”.