Görüş! – Nə vəd edir? – Deputat:“Putin Paşinyanı yönləndirəcək”

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib. Xəbərə görə, tərəflər görüşdə Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli bəyanatların icrasını müzakirə edəcəklər:

“Rusiya üç ölkə lideri arasında imzalanmış üçtərəfli bəyanatlar əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına hərtərəfli yardımını davam etdirir”.

Gözlənilən görüşü “Sherg.az”a şərh edən Millət vəkili Asim Mollazadə bildirib ki, inidiki məqamda Paşinyandan sadəcə olaraq sülh sazişi ilə bağlı düzgün qərarlar qəbul etmək, üçtərəfli bəyannamə ilə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmək gözlənilir:

“Bu da öz növbəsində hazırda Ermənistanın  yeganə xilas yoludur. Fikrimcə , indi Rusiya üçün ən maraqlı məqam kommunikasiyaların açılmasıdır. 

Rəsmi Moskva bu istiqamətdə Ermənistanın addım atmasına  etiraz etməyəcək. Lakin başqa məsələlərdə Putin bütün prosesin öz nəzarətində olmasını istəyir. Buna görə də o digər məsələlərdə Paşinyanı atacağı addımlarla bağlı yönləndirəcək”.