Azərbaycan XİN-dən Hindistana CAVAB

  1. “Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibinin bölgədəki son gərginliklə bağlı şərhində konkret təcavüzkarın kim olduğu bəlli deyil”.
Oxu.Az-ın məlumatına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva belə bəyanatla çıxış edib.
“Açıqlamada təcavüzkarın kim olduğu bəlli olduğu təqdirdə bu məsələ tərəfimizdən şərh edilə bilər”, - deyə o əlavə edib.
Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Arindam Bağçi Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi münasibət bildirib .
O, sərhəddəki vəziyyəti diplomatik yolla həll etməyə çağırıb. Arindam Bağçi qeyd edib ki, münaqişə hərbi yolla həll edilə bilməz.