“Hindistanın Azərbaycanla bağlı ciddi planları var”


 “Bunların arasında Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizi əhəmiyyətli rol oynayır"


Hindistanın Müdafiə Nazirliyi Ermənistana raket, reaktiv və döyüş sursatlarının ixracı ilə bağlı sərəncam imzalayıb. İki ölkə arasında silahların tədarükü ilə bağlı müqavilə isə sentyabrın əvvəlində imzalanıb. Razılaşmanın dəyəri barədə açıqlama verilmir, lakin yaxın aylarda Ermənistana dəyəri 240 milyon dollardan çox olan silahların çatdırılacağı gözlənilir.

Analitik Turab Rzayev bu barədə "Sherg.az"a danışarkən bildirib ki, hazırkı Hindistan-Ermənistan münasibətlərində tarixi əlaqələr mühüm rol oynayır:

 "Ermənilərin daimi bir ölkələri olmadığı üçün bütün dünyaya səpələniblər. Qədim dövrlərdə Hindistanın fərqli şəhərlərində yaşamağa başlayıblar. Onların burda kilsələri, ticarət mərkəzləri var. Tarixdən gələn bu əlaqələr onlara üstünlük qazandırır və lazım gəldikdə bundan istifadə edirlər. Hətta xatırlayırsınızsa, bir ara Stepan Şaumyanın sağ olması Hindistanda həyatını davam etdirməsi ilə bağlı fikirlər də var idi. Digər tərəfdən Azərbaycan-Pakitsan münasibətlərinin də burda rolu var. Xüsusilə İkinci Qarabağ savaşında Pakistanın Azərbaycanı dəstəkləməsi və Azərbaycanın da Pakistanın mövqeyini müdafiə etməsi istər-istəməz Hindistanla olan ikili münasibətlərdə müəyyən soyuqluq yaratdı.

Burda başqa bir məsələ isə son dövrlərdə Hindistanda artan millətçilik ilə bağlıdır. Orda radikal hindu millətçiliyi yüksəlir. Bu da ölkə daxilindəki müsəlmanlara qarşı düşmənlik yaradır. İstənilən müsəlman topluluğuna qarşı bir aqressiya formalaşır. Biz bunu hazırda Hindistada hakimiyyətdə olan hindu millətçi partiyalarında görürük. Onların gənclik qolları da Qarabağ müharibəsində aktiv şəkildə Ermənistanı dəstələyirdi. Ümumilikdə isə demək olar ki, Hindistanın Azərbaycanla bağlı çox ciddi planları var. Bu planlar arasında Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizi əhəmiyyətli rol oynayır”.

T. Rzayevin sözlərinə görə, Ermənistan münaqişə ərazisi sayıldığına üçün qanunvericilik bu ölkələrin birbaşa ona silah ötürməsinə icazə vermir:

"Belə olduğu halda ABŞ, Fransa kimi ölkələr Hindistan üzərindən Ermənistana silah ötürə bilərlər:  "Hətta hazırda Amerika Erməniləri Milli Komitəsi (ANCA) Konqresdə  ABŞ-ın Ermənistana birbaşa silah yardımı edə bilməsi ilə bağlı  məsələ qaldırmağı da düşünür".