Səfir: “İsveçrə hüquq-mühafizə orqanları ilə səfirliyə hücumların qarşısını almaq üçün əməkdaşlıq edirik”

“Azərbaycanın İsveçrədəki səfirliyi diplomatik nümayəndəliyin binasına hücumların qarşısının alınması üçün bu ölkənin hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Cenevrədə keçirdiyi mətbuat konfransında deyib.
Diplomatın sözlərinə görə, Azərbaycanın müxtəlif səfirliklərinin binalarına silsilə hücumlar fonunda bu məsələ aktual olaraq qalır: “Azərbaycanın Brüsseldəki səfirliyinə hücum zamanı 6 əməkdaş yaralanıb. Ümumi zərərin 49 min dollar olduğu bildirilir. Buna görə də belə halların qarşısını almaq üçün yerli hüquq-mühafizə orqanları ilə fəal işləməyə başladıq. İsveçrə bu işin öhdəsindən yaxşı gəlir”.