Almaniya səfiri Sumqayıtın icra başçısı ilə görüşüb

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ilə görüşüb.

"Report"un məlumatına görə, bu barədə səfir tviter səhifəsində yazıb.

"Lüdviqshafenlə 45 ildir qardaşlaşmış Sumqayıt şəhərinə ilk səfərim. Dostluğa çevrilən tərəfdaşlıq. Qonaqpərvərliyə görə icra başçısı Zakir Fərəcova təşəkkür edirəm", - diplomat paylaşımında bildirib.