Deputat: "QHT-lər müəyyən qanunvericilik aktları və layihələrin hazırlanmasına cəlb edilə bilər"

“Qeyri-hökumət təşkilatları (QHT) müəyyən qanunvericilik aktları və layihələrin hazırlanmasında iştirak edə bilər".
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev “Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, QHT-lər Azərbaycanda ictimai əxlaqın formalaşmasında böyük funksiya daşıyan qurumlardan biridir: "Bu baxımdan, ölkədə vətəndaş cəmiyyəti institutlarının işinə böyük ehtiyac var. Hesab edirəm ki, QHT-lərin qanunvericilikdəki fəaliyyəti iki yolla reallaşdırıla bilər. Bunlardan biri onların müəyyən qanunvericilik aktları, digəri isə layihələrin müştərək hazırlanmasına cəlbi ola bilər. QHT-lər qanunların necə işləməsinə nəzarət edilməsi istiqamətində də bir sıra vacib işlər görə bilər".