Nikol Paşinyan Soçi görüşünün nəticələrindən danışıb

“Ermənistanın Soçi görüşündən əvvəl və ondan sonrakı siyasəti dəyişməzdir”.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O söyləyib ki, Soçidə keçirilən üçtərəfli görüşdə yalnız Praqada əldə olunan razılaşmalar təsdiqlənib: “Biz razılıqları təsdiqləmişik, Rusiya və Azərbaycandan da etiraz olmayıb”.
N.Paşinyanın sözlərinə görə, Soçidə Rusiya və Azərbaycan Prezidentləri ilə üçtərəfli görüş regionda sülhün bərqərar edilməsi istiqamətində irəliləyiş olub.