Yohannis: “Xəzər qazı barədə İlham Əliyevin verdiyi təminatlar Avropa bazarlarında sabitliyi təmin edə bildi”

“2022-ci ildə biz görünməmiş enerji çağırışları ilə üzləşdik. Bunlar qazın çatışmaması və ya münasib, əlçatan qaz təchizatının olmaması, qiymətlərin dəyişkənliyi, bazarda qeyri-sabitlik idi”.
AZƏRTAC xəbər verir ki, bu fikri Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
Onun sözlərinə görə, bu çağırışlar kompleks siyasət və tənzimləyici qaydaları tələb edir.
“Avropa bazarına Xəzər qazının çatdırılması barədə Azərbaycan adından İlham Əliyev tərəfindən şəxsən verilmiş təminatlar bazarlar üçün ən çətin anda çoxdan tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin edə bildi”, - deyə Rumıniya Prezidenti vurğulayıb.