Vardanyan geri dönmək istəmir

Moskvada öz kuratorlarını inandırmağa çalışacaq


  "Ruben Vardanyanın Qarabağdan rədd olması və yenidən ora dönüb-dönməyəcəyi bizim üçün elə də önəm daşımır. O, heç kimdir". Bu barədə millət vəkili Sahib Alıyev deyib. Deputat bildirib ki, Vardanyan pafoslu sözlərinə baxmayaraq hayların maraqlarından çıxış etməyib, etmək fikri də yoxdur: "Vardanyan öz xalqına deyil, milyardına, həmin pulları ona qazandıranlara bağlı biridir. Tapşırıq yerinə yetirdiyindən o dələduzun harada olması yox, onu Xankəndiyə göndərənlərin indən sonra vardanyanlıq edib-etməyəcəkləri əsasdır. 

Əminəm ki, sifətindən harınlıq tökülən bu komfortist Qarabağdakı bəzi sərt reallıqları gördükdən sonra qətiyyən geri dönmək istəmir. Ona görə də Moskvada öz kuratorlarını inandırmağa çalışacaq ki, Azərbaycanla yanaşı, Ermənistan rəhbərliyi də maneçilik törədir. Ona görə də Qarabağda fəaliyyəti effektli alınmır, başqasıyla əvəzlənsə yaxşıdır. Açığı, onun bu istəyinə əməl ediləcəyinə tam əmin deyiləm. Ancaq bir şey aydındır ki, İran və Fransanın regionda sülhpozucu hərəkətləri Vardanyan geri dönsə də, dönməsə də, onu Xankəndiyə göndərənlərin vardanyanlıqlarını daha əzmlə davam etdirmələrinə yol açır".