BMT BA-nın 77-ci sessiyasının sədri Azərbaycanda səfərdədir

BMT BA-nın 77-ci sessiyasının sədri Çaba Köröşi Bakıya səfərə gəlib.

Bu barədə macarıstanlı diplomat “Twitter” hesabında bildirib.

“Bakıda energetika naziri Pərviz Şahbazov və Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev tərəfindən isti qarşılandım. Azərbaycanın faktlara, məlumatlara və elmə əsaslanan ağıllı enerji keçidindən çox təsirləndim. Yaşıl enerji transformasiyasında aparıcı ölkəyə səfər etməkdən şadam”, - Ç. Köröşi tvitində vurğulayıb.