Meral Akşener "altılı masa"ya qayıdır? - SON DƏQİQƏ

Türkiyə müxalifəti bu gün prezident seçkilərinə vahid namizədlərini adını açıqlayacaq.
Musavat.com CNN Türk-ə istinadən xəbər verir ki, partiya sədrlərinin görüşündən əvvəl Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun İYİ partiyasının sədri Meral Akşenerlə görüşə gedib.

Onların bu addımı marağa səbəb olub.
Görüş əsnasında Meral Akşener “altılı masa”ya geri dönməsi üçün öz şərtini açıqlayıb. 
Akşener Mansur Yavaş və Əkrəm İmamoğlunun adlarının prezident köməkçisi qismində hallandırılmasını təklif edib. Partiya sədrinin təklifi yaxın saatlarda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna təqdim ediləcək. 
“İYİ Partiya” sözçüsü Kürşad Zorlunun da sözlərinə görə, bu halda Meral Akşener müxalif koalisiyaya geri dönə bilər.
Qeyd edək ki, bundan əvvəl keçirilən toplantıdan narazı qalan Meral Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlamışdı.

Məlumat üçün onu da bildirək ki, “altılı masa”ya Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İYİ Partiyasının sədri Meral Akşener, Demokratiya Partiyasının sədri Gültekin Uysal, Saadet partiyasının sədri Temel Karamollaoğlu, DEVA Partiyasının sədri Ali Babacan və Gelecek Partiyasının sədri Ahmet Davutoğlu daxil idi.