Fransanın Ankaradakı səfiri XİN-ə çağrılıb

Fransanın Ankaradakı səfiri Herve Maqro Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfirə Fransa senatında PKK/YPG üzvlərinə medal verilməsi ilə bağlı etiraz ifadə bildirilib. 
Fransa səfirinin diqqətinə çatdırılıb ki, terror təşkilatı PKK-nın Suriya qolu olan YPG və onun qadın qolu olan YPJ üzvlərinin Fransa Senatında “Şərəf medalı” ilə təltif olunmaları qəbuledilməzdir. Bu davranış qətiyyətlə pislənib.
Mənbə: Haber Global