Akşener İncənin geri çəkilməsindən danışdı: "Onu istefaya aparanları..."

"Biz "Millət İttifaqı" olaraq seçicinin ürəyinə layiqincə girə bilmiriksə, bu vəziyyətdə heç kim günahkar deyil"


“İyi” Partiyanın sədri Meral Akşener "Star News"un baş redaktoru Nazlı Çelikin suallarını cavablandırıb. 

Sherg.az xəbər verir ki, Məmləkət Partiyasının sədri Məhərrəm İncənin prezidentliyə namizədliyindən geri çəkilməsini dəyərləndirən Akşener qərara hörmətlə yanaşdığını bildirib. 

"Onun istefasına hörmətlə yanaşıram. Amma onu istefaya aparanları, belindən aşağı vuranları təəssüflə izlədim. Bundan sonra nə olacağını görəcəyik. Ona görə də ümid edirəm ki, hər şey yaxşı olacaq".

 Akşenirin  Məhərrəm İncənin, “Onların heç bir bəhanəsi olmasın, əks halda seçkini uduzanda seçki səhəri bütün günahı bizim üzərimizə atacaqlar” açıqlamasına da bir cavabı vardı.

Akşener, "Biz "Millət İttifaqı" olaraq seçicinin ürəyinə layiqincə girə bilmiriksə, bu vəziyyətdə heç kim günahkar deyil. "O günahkardır, bu günahkardır" deyə bir məsələ yoxdur" deyə sözlərinə əlavə edib.

Akşener həmçinin seçkidə qalib gəldikləri təqdirdə hansı nazirliyin hansı partiyaya veriləcəyi ilə bağlı söhbət aparılmadığını da bildirib. 

Turan