"Namizədliyini geri götürməsinin arxasında FETÖ dayanır" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məmləkət Partiyasının sədri Muharrem İncenin namizədliyini geri götürməsindən danışıb.
Bakupost.az xəbər verir ki, mitinqdə çıxışı zamanı o, İnceyə qarşı oyun oynanıldığını bildirib.
Ərdoğanın sözlərinə görə, İncenin namizədliyinin geri götürməsinin arxasında FETÖ dayanır.
“Kaset təxribatının arxasında Pensilvaniya var, FETÖ var. Bu oyunu Muharrem bəyə qarşı oynadılar”, - Ərdoğan deyib.