"Köhnə dostlarım da daxil hər birini məhkəməyə verəcəyəm"  - Məhərrəm İncə 

Məmləkət Partiyasının sədri Məhərrəm İncə səsvermədə iştirak etdikdən sonra kaset sui-qəsdi ilə bağlı açıqlama verib: “Onları yayan köhnə dostlarım da daxil olmaqla hər kəsi məhkəməyə verəcəyəm”.

Sherg.az xəbər verir ki, İncə mətbuat mənsublarına  hiddətlənərək yayılan kaset və materialların  saxta olduğunu bildirib:

"Kaset kimi yazırsan, səhv edirsən. Böhtan var, montaj var. Real deyil. Başımı porno saytlardan çıxarıblar. Polis bunu izah edib. "Saxta” dedilər. Bunlar sizin də başınıza gələ bilər. Ortada terror. FETÖ və PKK təşkilatı.50 gündür terror təşkilatlarının hücumuna məruz qalıram. Bunu görmürsünüz. Xəbəri düzgün yazın. Nə  kaset?  Görüntülərə baxmamısan? İsrail porno saytından götürülməyibmi kadrlar? Bunu düzəltməyinizi istəyirəm. Mənim ləyaqətim və namusumla oynamayın. 17 nəfər həbsdədir. Bunun arxasında terror təşkilatı var. Mən özümü və namusumu Türkiyə dövlətinə əmanət etmişəm. Başqa heç nə edə bilmirəm. Bunu yayanları, köhnə dostlarım da daxil hər birini məhkəməyə verəcəyəm.  Hazırda vəkillərim onları bir-bir araşdırır".

Turan