Türkiyədə bülletenlərin 93 faizi sayılıb, Ərdoğan liderdir - YENİLƏNİR

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 93,67 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,63 faiz səslə öndədir.
Oxu.Az xəbər verir ki, ikinci yerdə 44,63 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,29 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Parlament seçkilərində səsvermə bülletenlərinin 93,89 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 35,67 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 24,96 faiz, Milliyyətçi Hərəkat Partiyası 10,33 faiz, İYİ Partiya 9,93 faiz, Yaşıl Sol Partiya 8,66 faiz səs toplayıb.